Turniej Tłumaczy 2018

Adam Mickiewicz

Niepewność

Bəlirsizlik

Səni görmədiyimdə ah etmirəm, ağlamıram,
Səni gördüyümdə dəli olmuram;
Ancaq uzun zaman baxmadığımda,
Mənə birşeylər yetmir, birini görmək istəyirəm;
Özləyərək, özümdən soruram:
Dostluqmudur bu? Yoxsa eşq?

Gözlərimdən qeyb olduğunda, heç bir an
Düşüncələrimdə şəklini yeniləyə bilmirəm;
Ancaq bəzən, istəyimə rəğmən,
Onun hərzaman yanımda olduğunu hiss edirəm.
Və yenidən özümə soruyu təkrar edirəm:
Dostluqmudur bu? Yoxsa eşq?

Bir kərədən çox zərər çəktim və düşünmürdüm heç,
Şikəyatlərimi yumaq üçün qarşına gəldiyimi;
Amaçsız gəzərək, yollara dikkət etmədən,
Özümdə anlamıram, sənin eşiklərinə girdiyimdə;
Və girərkən özümdən soruram;
Buraya məni yönəldən nədir? Dostluq ya eşq?

na język azerbejdżański turecki przełożył Toğrul Həsənzadə